Çin “Kəmər və Yol”un üzv ölkələrinə sərmayələrini artırır

Çin “Kəmər və Yol”un üzv ölkələrinə sərmayələrini artırır Bu ilin 7 ayı ərzində Çin “Kəmər və Yol” ("Belt and Road") təşəbbüsünün iştirakçısı olan ölkələrə 10,27 milyard ABŞ dolları həcmində birbaşa qeyri-maliyyə sərmayə qoyub.
İnfrastruktur
21 Avqust , 2020 14:51
Çin “Kəmər və Yol”un üzv ölkələrinə sərmayələrini artırır

Bu ilin 7 ayı ərzində Çin “Kəmər və Yol” ("Belt and Road") təşəbbüsünün iştirakçısı olan ölkələrə 10,27 milyard ABŞ dolları həcmində birbaşa qeyri-maliyyə sərmayə qoyub.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, Çin Ticarət (Kommersiya) Nazirliyinin son məlumatına görə, bu vəsait həmin müddət ərzində qoyulmuş birbaşa qeyri-maliyyə sərmayələrin 17 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz çoxdur.

Hesabat dövründə Çin şirkətləri “Kəmər və Yol” təşəbbüsünün iştirakçısı olan ölkələri ilə 67,18 milyard ABŞ dolları həcmində sərmayə sazişləri imzalayıb. Bu da həmin şirkətlərin xarici ölkələrə qoyduqları ümumi sərmayələrin 55,2 faizidir.

Eyni zamanda, adəçəkilən ölkələrdə 40,43 milyard dollar həcmində layihələrin icrası başa çatdırılıb ki, bu da həmin müddət ərzində xarici ölkələrdə həyata keçirilərək tamamlanan sərmayə müqavilələrinin 57,8 faizidir.

Son xəbərlər

Orphus sistemi