​Çilidə dünyanın ən güclü teleskopu inşa olunacaq

​Çilidə dünyanın ən güclü teleskopu inşa olunacaq Teleskop Çilinin Atakama səhrasındakı Serro-Armazones dağında yerləşəcək
İnfrastruktur
8 Dekabr , 2014 07:02
​Çilidə dünyanın ən güclü teleskopu inşa olunacaq
Bakı. 8 dekabr. REPORT.AZ/ Dünyanın ən böyük və ən güclü teleskopu layihəsi Avropa Cənub Rəsədxanası (ESO) tərəfindən təsdiq edilib.

"Report" xəbər verir ki, teleskop E-ELT (European Extremely Large Telescope) adını alıb.

Layihənin Avropa alimlərinə aid olmasına baxmayaraq, teleskop Çilinin Atakama səhrasındakı Serro-Armazones dağında yerləşəcək. Teleskopun əsasını diamerti təqribən 39 metr olan nəhəng güzgü təşkil edəcək. O, təqribən min ədəd altıguşəli seqmentdən ibarət olacaq.

Nəhəng güzgü bəşəriyyətin hazırda malik olduğu istənilən teleskopdan 15 dəfə çox işıq əldə etmək üçün lazımdır. Nəticədə "Hubble" orbital teleskopunun təmin etdiyindən daha detallı və dəqiq təsvirlər əldə etmək mümkün olacaq.

E-ELT teleskopunun tikintisi 10 ilə başa gələcək. İnfrastruktur xərclərinin təqribən bir milyard avro təşkil edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi