Cəlilabad rayonu Heydər Əliyev prospektinin Uzuntəpə kəndi ərazisindən keçən hissəsində çökən yol təmir olunub.
Bu barədə "Report"un yerli bürosuna sakinlər bildirib.
Onların sözlərinə görə, bu gün aidiyyatı qurumlar tərəfindən yola yeni asvalt örtüyü vurulub.
Qeyd edək ki, hadisə ötən gün baş verib.