Bu il Naxçıvanda 88 km avtomobil yolu yenidən qurulub

Bu il Naxçıvanda 88 km avtomobil yolu yenidən qurulub Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-da yol-nəqliyyat sisteminin qurulmasına, nəqliyyat sektorunun idarə olunmasına 38,5 milyon manat vəsait yönəldilib.
İnfrastruktur
7 Oktyabr , 2021 05:34
Bu il Naxçıvanda 88 km avtomobil yolu yenidən qurulub

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-da yol-nəqliyyat sisteminin qurulmasına, nəqliyyat sektorunun idarə olunmasına 38,5 milyon manat vəsait yönəldilib.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 8 ay ərzində muxtar respublikada 88,2 km avtomobil yolu yenidən qurulub.

Hazırda Naxçıvan şəhərində iki avtomobil yolunun, Şərur rayonunda Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar, Kürçülü-Kərimbəyli-Sədərək rayonunda Dəmirçi, Şərur rayonunda Maxta-Sədərək rayonunda Dəmirçi, Babək rayonunda Göynük, Araz, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilir.

Son xəbərlər

Orphus sistemi