Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb Bakı. 3 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
1608
3 Dekabr , 2018 18:04
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi