"Buta Airways" Ufaya uçuşlara başlayır

"Buta Airways" Ufaya uçuşlara başlayır Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti - “Buta Airways” Rusiyanın Ufa şəhərinə uçuşlara başlayacaq.
İnfrastruktur
22 Yanvar , 2019 17:58
Buta Airways Ufaya uçuşlara başlayır

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti - “Buta Airways” Rusiyanın Ufa şəhərinə uçuşlara başlayacaq. 

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, aviareyslər mayın 12-dən, həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. 

Başqırdıstanın paytaxtı aviaşirkətin Rusiyadakı 6-cı istiqaməti olacaq. Belə ki, hazırda "Buta Airways"in marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi