"Buta Airways"in təyyarəsi Ankaradan İstanbulun yeni hava limanına uçub - ƏLAVƏ OLUNUB

"Buta Airways"in təyyarəsi Ankaradan İstanbulun yeni hava limanına uçub - ƏLAVƏ OLUNUB İlk xəbər saat 12:25-də verilib
İnfrastruktur
7 Yanvar , 2020 15:00
Buta Airwaysin təyyarəsi Ankaradan İstanbulun yeni hava limanına uçub - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 12:25-də verilib

Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.

“Report”un “Buta Airways”ə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Məlumatda deyilir ki, İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Qeyd edək ki, bu gün Türkiyə vaxtı ilə saat 09:05-də Şərja-İstanbul reysi ilə uçuş həyata keçirən “Boeing 737- 800” tipli sərnişin təyyarəsi eniş və qalxma zolağından torpaq yola çıxıb. Təyyarənin sərnişinləri təyyarədən təxliyyə edilib. Əldə edilən ilkin məlumatlara görə, baş verən hadisə nəticəsində yaralananlar yoxdur. Sərnişinlər terminallara yola salınıb. Təyyarənin uçuş və eniş zolağından kənarda yerləşən torpaq sahəsinə çıxması nəticəsində Sabiha Gökçən hava limanı saat 15:00-a qədər uçuşlar üçün bağlanıb. “Türk Hava Yolları” şirkətinin yaydığı məlumata görə, saat 15:00-a qədər Sabiha Gökçən hava limanından təyyarələrin enməsinə və qalxmasına qadağa qoyulub. Bu barədə “Türk Hava Yolları” şirkətinin baş direktoru Bilal Ekşi özünün “Twitter” səhifəsində paylaşım edib.

***

Bakı vaxtı ilə saat 14:00-da təyyarə Esenboğa aeroportundan İstanbulun yeni hava limanına yola düşüb. Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər avtobuslar vasitəsilə İstanbulun yeni hava limanına çatdırılıb və yola düşməyə hazırlaşırlar.

Son xəbərlər

Orphus sistemi