“Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək

“Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək Ukraynanın “Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, bu il sentyabrın 2-dən sentyabrın 12-nə qədər “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol”beynəlxalq hava limanına həyata keçiriləcək.
İnfrastruktur
19 İyun , 2019 11:29
“Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək

Ukraynanın “Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, bu il sentyabrın 2-dən sentyabrın 12-nə qədər “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol”beynəlxalq hava limanına həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilir. 

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Son xəbərlər

Orphus sistemi