“Buta Airways” Bakı-Tbilisi-Bakı reyslərini dayandırdı

“Buta Airways” Bakı-Tbilisi-Bakı reyslərini dayandırdı Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, “Buta Airways” aviaşirkəti bu gündən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.
İnfrastruktur
492
14 Mart , 2020 00:01
“Buta Airways” Bakı-Tbilisi-Bakı reyslərini dayandırdı

Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, “Buta Airways” aviaşirkəti bu gündən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.

Bu barədə “Report”a “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, qərar martın 24-dək qüvvədə olacaq.

Qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.

Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası ilə əlaqədar, sərnişinlər bütün ləğv olunmuş istiqamətlər üzrə aviabiletləri geri qaytara və ya dəyişdirə, fəaliyyətdə olan istiqamətlər üzrə isə aviabiletləri dəyişdirə bilərlər. Daha ətraflı məlumat, həmçinin biletlərin geri qaytarılması proseduru aviaşirkətin saytında yerləşdirilib: https://www.butaairways.az/az/article/news-13032020.

Son xəbərlər

Orphus sistemi