“Buta Airways” Bakı-Odessa istiqamətində uçuşları bərpa edəcək

“Buta Airways” Bakı-Odessa istiqamətində uçuşları bərpa edəcək “Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti Bakıdan Ukraynanın Odessa şəhərinə uçuşları bərpa edəcək.
İnfrastruktur
3 Fevral , 2020 17:10
“Buta Airways” Bakı-Odessa istiqamətində uçuşları bərpa edəcək

Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti Bakıdan Ukraynanın Odessa şəhərinə uçuşları bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə Odessa Beynəlxalq Hava Limanı məlumat yayıb.

Məlumata görə, aviareyslər bu il mayın 14-dən başlayaraq hər həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə Bakıdan saat 07:15-də yola düşəcək və yerli vaxtla 9:40-da Odessaya çatacaq. Biletlərin birtərəfli qiyməti 52 ABŞ dolları təşkil edəcək. 

Xatırladaq ki, “Buta Airways” ötən il mayın 16-dan Bakı-Odessa reysinin yerinə yetirilməsinə başlayıb və qış qrafikinə keçməsi ilə əlaqədar oktyabrın 27-də sözügedən istiqamətdə uçuşları dayandırıb. 

Son xəbərlər

Orphus sistemi