Bugünkü hərracda ən yüksək qiymətə "Ağdam Pambıq" MMC özəlləşdirilib

Bugünkü hərracda ən yüksək qiymətə "Ağdam Pambıq" MMC özəlləşdirilib Bugünkü hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü də bölgələrdə yerləşir
İnfrastruktur
115
30 May , 2017 12:43
Bugünkü hərracda ən yüksək qiymətə Ağdam Pambıq MMC özəlləşdirilib

Bakı. 30 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi mayın 30-da növbəti hərrac keçirib. Komitədən "Report"a daxil olan məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 istifadəsiz qeyri-yaşayış sahəsinə və 3 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsinə, 2 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” MMC olub. Belə ki, adı çəkilən əmlak 872,5 min manata özəlləşdirilib. Həmin MMC-nin torpaq sahəsi 93 604 kv.metr, ümumi faydalı sahəsi isə 4 258 kv.m təşkil edir. Bundan başqa, Göyçay rayonunda yerləşən qeyri-yaşayış binası da qiyməti ilə digərlərindən fərqlənir. Belə ki, həmin əmlakın qiyməti 52,5 min manatdır. Ümumi faydalı sahəsi 28,6 kv.m, topaq sahəsi isə 9 801 kv.m təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü də bölgələrdə yerləşir. Bunlardan 1-i Ağdamda, 1-i İmişlidə, 1-i isə Göyçaydadır.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 2-si paytaxtın Suraxanı, Yasamal rayonlarında, digərləri isə Abşeron və Yevlaxda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 50 min manat olub. Ümumili faydalı sahəsi isə 60 kv.m-ə yaxındır. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə 3 500 manat olub. Ümumi faydalı sahəsi isə 17,7 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 16,7 kv.m ilə 131,2 kv.m, qiymətləri isə 3,5 min manatla 50 min manat arasında dəyişib.

Son xəbərlər

Orphus sistemi