Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Bu yollarda hərəkət qismən məhdudlaşdırılır Aparılan təmir işləri ilə əlaqədar olaraq iyulun&11-12-də Bakının Ziya Bünyadov prospektinin &“20 yanvar” metrosu istiqamətindən &“3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş,&həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi a
İnfrastruktur
10 İyul , 2020 16:24
Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq, iyulun 11-12-də Bakının Ziya Bünyadov prospektinin “20 Yanvar” metrosu istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Alternativ olaraq sürücülər  Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi