Bakı. 22 yanvar. REPORT.AZ/ “Qaçqınkom”un Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsinin bəzi müəssisələri ləğv edilib.
“Report” “Vergilər” qəzetinə istinadən xəbər verir ki,
Ləğvetmə komissiyası bəyan edib ki, kombinatların sonradan qeydiyyatdan çıxarılmaqla tam ləğvetmə proseduruna başlanıb. Ləğvetmə komissiyası Bakı şəhəri, Tbilisi prospekti, 129 ünvanda fəaliyyət göstərir.
Ləğv edilən kombinatın kreditorlarının nəzərinə çatdırılır ki, kreditor tələblərinə baxılması üçün bu məlumat dərc edilən gündən etibarən 2 təqvim ayı müddətinə yazılı formada ləğvetmə komissiyasına müraciət etsinlər.