Bu küçədə svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib

Bu küçədə svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib Nətiçədə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib
İnfrastruktur
11 Mart , 2021 12:58
Bu küçədə svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib

Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib.

Bu barədə "Report" Bakı Nəqliyyatı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, nəticədə:

• hərəkət növbəliliyi təmin edilib;

• təhlükəsizlik səviyyəsi artırılıb;

• əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi