Bu ilin I yarısında Azərbaycanda 120 km yol yenidən qurulub və təmir edilib

Bu ilin I yarısında Azərbaycanda 120 km yol yenidən qurulub və təmir edilib Bu ilin I yarısında Azərbaycanda 119,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
İnfrastruktur
6 Avqust , 2021 11:56
Bu ilin I yarısında Azərbaycanda 120 km yol yenidən qurulub və təmir edilib

Bu ilin I yarısında Azərbaycanda 119,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.

Onun sözlərinə görə, o cümlədən yerli əhəmiyyətli 55,5 km, Bakıda isə 64,1 km yol yenidən qurulub və təmir edilib.

“2021-ci ilin 6 ayı ərzində paytaxtda Qala-Pirallahı avtomobil yolunun 3,6 km-də, uzunluğu 76,7 m olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib”, - deyə H.Rüstəmov əlavə edib.

Son xəbərlər

Orphus sistemi