Bu ilin əvvəlindən Bakıda nə qədər eskalator təmir edilib?

Bu ilin əvvəlindən Bakıda nə qədər eskalator təmir edilib? Bu ilin yanvar-avqust aylarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda 150 eskalatorun sıradan çıxmış əsas detallarını (dartı zənciri ,pillə, şkif, şkifaltı, kəmər, sürahi qayışı, şkifaltı rolik, puskatel qoşma zamoku karniz, sürahi istiqamə
İnfrastruktur
239
8 Sentyabr , 2020 14:40
Bu ilin əvvəlindən Bakıda nə qədər eskalator təmir edilib?

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda 150 eskalatorun sıradan çıxmış əsas detallarını (dartı zənciri ,pillə, şkif, şkifaltı, kəmər, sürahi qayışı, şkifaltı rolik, puskatel qoşma zamoku karniz, sürahi istiqamətləndiricisi, buynuz kəməri, daraq pillə önlüyü və s.) yeniləyib, 29 eskalatorun isə müxtəlif detallarını (şkifaltı kəmərin roliki, elektrik mühərriki, karniz, karniz rolikləri, fren, işçi əyləc qəlibi, beyin kartı, pillə plastması, işçi əyləc dolağı və s.) təmir edib.

“Report” bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, hazırda 2 eskalator (Su idman kompleksinin və Dövlət Bayraq meydanının qarşısındakı yeraltı piyada keçidlərində ) dartı zəncirləri sıradan çıxdığı üçün təmirə dayandırılıb.

AAYDA-nın balansındakı eskalatorlar 65 yerüstü və 15 yeraltı piyada keçidində yerləşir.  

Son xəbərlər

Orphus sistemi