​Bu ilin 10 ayı ərzində tikintiyə ayrılan vəsaitlərin 17%-i təmirə xərclənib

​Bu ilin 10 ayı ərzində tikintiyə ayrılan vəsaitlərin 17%-i təmirə xərclənib Ümumilikdə inşaat işlərinin 80,1%-ni qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetiriblər
İnfrastruktur
382
24 Noyabr , 2014 20:38
​Bu ilin 10 ayı ərzində tikintiyə ayrılan vəsaitlərin 17%-i təmirə xərclənib

Bakı. 24 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 6 mlrd. 667,3 milyon manat təşkil edib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, həmin vəsaitin 63,5%-i yeni tikinti, yenidənqurma və genişləndirmə, 17%-i əsaslı təmir, 5,%-i cari təmir, 13,5%-i isə digər tikinti işlərinə sərf olunub.

Ümumilikdə inşaat işlərinin 80,1%-ni qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi