Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 195,3 min ton, yük dövriyyəsi isə 8 564,9 mln. ton-km olub.
“Report”un
Yüklərin 24 685,4 min tonu və ya 63%-i avtomobil nəqliyyatı, 9 320,1 min tonu və ya 23,8%-i dəmir yolu nəqliyyatı, 5 189,8 min tonu və ya 13,2%-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 18,1%-ni və ya 7075,0 min tonunu tranzit yüklər təşkil edib.