Bu il torpaq sahələri, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı artıb

Bu il torpaq sahələri, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı artıb Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 5 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,3 dəfə artaraq 20 981 olub.
İnfrastruktur
24 İyun , 2022 18:35
Bu il torpaq sahələri, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı artıb

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 5 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,3 dəfə artaraq 20 981 olub.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-may ayları ərzində 1,9% artaraq 6 288 olub.

Eyni zamanda 2022-ci ilin yanvar-may ayları ərzində 108 041 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir. 2022-ci ilin ilk 5 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 51% artaraq 27 850 olub.

Son xəbərlər

Orphus sistemi