Bu il “Şərq” vaqon deposunda 202 vaqon təmir edilib

Bu il “Şərq” vaqon deposunda 202 vaqon təmir edilib Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz olması üçün yük vaqonlarının cari və depo təmirləri vaxtında həyata keçirilməlidir. Odur ki, Azərbaycan Dəmir Yolları QSC -nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən və Bakının Ələt qəsəbəsində yerləşən “Şərq” vaqon deposu, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində fəaliyyətini davam etdirir.
İnfrastruktur
181
16 Aprel , 2020 10:58
Bu il “Şərq” vaqon deposunda 202 vaqon təmir edilib

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz olması üçün yük vaqonlarının cari və depo təmirləri vaxtında həyata keçirilməlidir. Odur ki, "Azərbaycan Dəmir Yolları" QSC -nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən və Bakının Ələt qəsəbəsində yerləşən “Şərq” vaqon deposu, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində fəaliyyətini davam etdirir.

"Report" xəbər verir ki, bu barədə ADY-nin açıqlamasında bildirilir.  

Məlumatda həmçinin deyilir ki, koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına uyğun olaraq, “Şərq” vaqon deposunun fəaliyyətinin davam etdirilməsi üçün depo ərazisində xüsusi rejim tətbiq edilib. Depoda çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan tədbirlər həyata keçirib. Depoda növbəıi iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib.

Bunun nəticəsində “Şərq” vaqon deposunda vaqonların təmiri prosesi dayandırılmayıb. Deponun nəzdində fəaliyyət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılır. Mürəkkəb şəraitində davam etdirilən istehsalat prosesi, yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradır. 2020-ci ilin ilk 3 ayı ərzində, “Şərq” vaqon deposunda ümumən 202 vaqonun cari və depo təmiri həyata keçirilib. Onlardan arasında 94 ədəd çən vaqon, 42 yarımvaqon, 4 örtülü vaqon, 51 refrejirator və 11 platforma təşkil edib. 

Xatırladaq ki, depo 2018-ci ilə aprel ayından “ADY Express”in tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə start verilib. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi