Bu il paytaxtda sənaye istehsalı cüzi artıb

Bu il paytaxtda sənaye istehsalı cüzi artıb Bakı. 26 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% artaraq 38,5 mlrd. manat təşkil edib.
İnfrastruktur
26 Dekabr , 2018 17:05
Bu il paytaxtda sənaye istehsalı cüzi artıb
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% artaraq 38,5 mlrd. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən “Report”a verilən məlumata görə, sənaye məhsulunun 82,9%-i mədənçıxarma, 15,2%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,6% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2%, xidmətlərin göstərilməsi isə 9,8% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2018-ci il vəziyyətinə 218,0 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 28,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi