Bu il Bakıda 85 yeni piyada keçidi təşkil edilib

Bu il Bakıda 85 yeni piyada keçidi təşkil edilib Bu ilin yanvar-fevral aylarında Bakıdakı küçə və prospektlərdə 85 yeni eynisəviyyəli piyada keçidi təşkil edilib və 406 piyada keçidinin boyaları yenilənib.
İnfrastruktur
9 Mart , 2022 11:04
Bu il Bakıda 85 yeni piyada keçidi təşkil edilib

Bu ilin yanvar-fevral aylarında Bakıdakı küçə və prospektlərdə 85 yeni eynisəviyyəli piyada keçidi təşkil edilib və 406 piyada keçidinin boyaları yenilənib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bunlardan 6-da “sarı döyünən işıq” tətbiq edilib. 11 məntəqədə isə mövcud svetoforlara piyada seksiyaları quraşdılıb. 1 200-ə yaxın yol nişanı quraşdırılıb. 27 məntəqədə ümumilikdə 270-dən artıq avtomobil üçün parklanma yerləri yaradılıb. Vətəndaş müraciətləri və təhlillər əsasında zəruri olan 51 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib.

Son xəbərlər

Orphus sistemi