Bu il Azərbaycanda yol təsərrüfatına 500 min manatdan artıq ziyan vurulub

Bu il Azərbaycanda yol təsərrüfatına 500 min manatdan artıq ziyan vurulub Bunun 285,3 min manatı və yaxud 56,5%-i ödənilib
İnfrastruktur
24 Oktyabr , 2017 10:05
Bu il Azərbaycanda yol təsərrüfatına 500 min manatdan artıq ziyan vurulub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Bakıda və respublikanın avtomobil yollarında 2 150 ədəd yol nişanı, 825 ədəd məlumatverici lövhə, 10 948 ədəd siqnal dirəyi, 826 ədəd siqnal bayrağı, 10 090 pm əyrixətli tir quraşdırılıb və bərpa edilib, 513,5 min kv.m.-lik yol boya ilə xətlənib.

“Report” bu barədə “Azəravtoyol” ASC-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, görülən tədbirlərə baxmayaraq, 9 ay ərzində ölkədə 403 nəqliyyat hadisəsi baş verib, nəticədə 5921 pm əyrixətli tirlər, 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb, ümumilikdə yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib.

Bunun 285,3 min manatı və yaxud 56,5%-i ödənilib. O cümlədən respublika üzrə 235,8 min manatlıq və yaxud dəymiş ziyanın 59,1%-i, paytaxt üzrə isə 49,5 min manatlıq və yaxud dəymiş ziyanın 46,7%-i qarşılanıb. 

Son xəbərlər

Orphus sistemi