Bu il Azərbaycanda 700 km-ə yaxın yol yenilənib

Bu il Azərbaycanda 700 km-ə yaxın yol yenilənib Bunun 80 km-ə yaxın paytaxt yollarıdır
İnfrastruktur
24 Oktyabr , 2017 09:48
Bu il Azərbaycanda 700 km-ə yaxın yol yenilənib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda uzunluğu 686,3 km olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

“Report” “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bunun 85,7 km-i respublika əhəmiyyətli, 522,4 km-i yerli əhəmiyyətli, 78,2 km-i isə Bakı şəhərinin yollarıdır.

Doqquz ay ərzində ümumi isifadədə olan avtomobil yollarında və paytaxtda 12 ədəd yeni körpü tikilib, 10 ədədi isə təmir edilib, 4 ədəd piyada keçidi tikilib.

Cəmiyyət ümumilikdə 1 165,5 min ton asfalt-beton istehsal edib, 64,1 min ton bitum və 7,2 min ton mazut istifadə edib.

Hesabat dövründə Prezident İlham Əliyevin iştirakı ilə layihəsi başa çatdırılmış obyektlərdən 20 avtomobil yolu və 1 körpünün açılış mərasimi keçirilib. 

Son xəbərlər

Orphus sistemi