Bu günədək 180 azərbaycanlı gəmi ilə Qazaxıstandan ölkəmizə gətirilib

Bu günədək 180 azərbaycanlı gəmi ilə Qazaxıstandan ölkəmizə gətirilib Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
İnfrastruktur
526
6 Avqust , 2020 07:17
Bu günədək 180 azərbaycanlı gəmi ilə Qazaxıstandan ölkəmizə gətirilib
0 : 00
0 : 00

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 18 vətəndaşı ölkəyə gətirib.

Azərbaycanın Aktaudakı Baş konsulluğundan "Report"-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Akademik Zərifə Əliyeva” (10 nəfər), “Naxçıvan” (4 nəfər) “Həsən Əliyev” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçirilib.

Qeyd edək ki, ümumilikdə bu günə qədər Baş konsulluq tərəfindən Aktau limanından gəmi ilə 180 nəfər vətənə göndərilib.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

Orphus sistemi