Bu gündən Xaqani küçəsinin daha bir hissəsində təmirə başlanılıb

Bu gündən Xaqani küçəsinin daha bir hissəsində təmirə başlanılıb "Formula 1" yarışlarına hazırlıqla əlaqədar yola yeni asfalt örtüyü çəkilir
İnfrastruktur
7 Dekabr , 2015 12:12
Bu gündən Xaqani küçəsinin daha bir hissəsində təmirə başlanılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gündən Bakıda Xaqani küçəsinin Puşkin və Üzeyir Hacibəyli küçələri ilə kəsişmələri arasında olan hissədə yol asfalt örtüyünün təmirinə bağlanıb. "Report" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bu, gələn ilin iyun ayında paytaxtda keçiriləcək "Formula 1" yarışına hazırlıq işləri çərçivəsində həyata keçirilir.

Eyni zamanda, Bülbül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

Xaqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospekti ilə kəsişmələrində dekabr ayının 2-dən başlayan təmir işləri artıq başa çatıb.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartlarına cavab verən yenilənmiş yollar daimidir və "Qran Pri"dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Son xəbərlər

Orphus sistemi