​Bu gündən Bakı yollarında xüsusi hərəkət zolaqlarından istifadə qaydaları qüvvəyə minib - YENİLƏNİB

​Bu gündən Bakı yollarında xüsusi hərəkət zolaqlarından istifadə qaydaları qüvvəyə minib - YENİLƏNİB Qaydaları pozan sürücülər 4 bal və 40 manat məbləğində cərimə olunacaq
İnfrastruktur
29 May , 2015 11:39
​Bu gündən Bakı yollarında xüsusi hərəkət zolaqlarından istifadə qaydaları qüvvəyə minib - YENİLƏNİB

İlk xəbər saat 11:21-də verilib

Bakı. 29 may. REPORT.AZ/ Bu gündən etibarən Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədər nəqliyyatı rahat, maneəsiz və təhlükəsizlik təşkili üçün hazırlanmış xüsusi hərəkət zolaqlarından istifadə qaydaları qüvvəyə minib.

"Report" xəbər verir ki, bunu beynəlxalq yarışlarla əlaqədar təşkil edilən mətbuat konfransında I Avropa Oyunları Əməliyyat Komitəsinin nəqliyyat və kommunikasiya meneceri Afaq Süleymanlı bildirib: "Sürücülərdən həmin zolaqlardan istifadə etməmək xahiş edilir".

Onun sözlərinə görə, buna əməl etməyən sürücülər cərimə olunacaqlar.

Qeyd edək ki, sürücülərin 4 bal və 40 manat məbləğində cərimə olunması nəzərdə tutulub.

Olimpiada çərçəvəsində təşkil olunacaq yarışlara tamaşa etməyə gələnlərin fərdi avtomobilləri üçün paytaxtda iki hissədə xüsusi yerlər ayrılıb. Bunlardan biri Mərkəzi (Qış parkı) və Gənclik parklarında fəaliyyət göstərən yeraltı dayanacaqlardır.

A.Süleymanlı qeyd edib ki, avtomobili olan şəxslər maşınlarını 24 saat üçün 1 manat ödməklə qeyd edilən yeraltı dayanacaqlarda saxlaya bilərlər: "Həmin şəxslər yeraltı dayanacaqların ətrafında duracaq ekspress avtobuslardan istifadə etməklə, oyunlar keçirilən stadionlara gedə biləcəklər".

Son xəbərlər

Orphus sistemi