Bu gündən “Bakı Metropoliten"ində maşinist seçiminə başlanılır

Bu gündən “Bakı Metropoliten"ində maşinist seçiminə başlanılır Bu gündən "Bakı Metropoliteni" QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçiminə başlayır.
İnfrastruktur
10 Dekabr , 2021 10:38
Bu gündən “Bakı Metropolitenində maşinist seçiminə başlanılır

Bu gündən "Bakı Metropoliteni" QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçiminə başlayır.

“Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, seçimdə iştirak etmək istəyən namizədə dair bir sıra tələblərə cavab verməlidir.

Belə ki, maşinist olmaq istəyənlərin yaşı 24-30 arasında, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalı və kişi namizədlər üçün yararlılıq kateqoriyasına malik hərbi biletin olması vacibdir.

Əsas tələblərə uyğun olan namizədlər məntiq və psixoloji testlərinə, həmçinin müsahibəyə dəvət olunacaqlar. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə cəlb ediləcəklər.

Təlimlər nəzəri və praktiki məşğələlərdən ibarət olmaqla 6-7 ay davam edəcək. Hər mərhələnin yekununda imtahanlar keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni”in rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron ərizə forması doldurularkən iddia edilən peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada qeyd edilməli və müvafiq xanaya yazılmalıdır.

Elektron ərizələr 10 dekabr 2021-ci il tarixindən 25 dekabr 2021-ci il tarixinə qədər qəbul edilir.

Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də “maşinist” peşəsi göstərilməyən elektron ərizələr müvafiq ərizə bankına daxil olmur.

Son xəbərlər

Orphus sistemi