Bu gün səhər Sumqayıt-Bakı sərnişin elektrik qatarı ləngiyib

Bu gün səhər Sumqayıt-Bakı sərnişin elektrik qatarı ləngiyib Buna səbəb Balakəndən gələn qatarda problemin yaranması olub
İnfrastruktur
23 Noyabr , 2016 09:32
Bu gün səhər Sumqayıt-Bakı sərnişin elektrik qatarı ləngiyib

Bakı. 23 noyabr. REPORT. AZ/ Bu gün səhər saatlarında Sumqayıt-Bakı sərnişin elektrik qatarının hərəkətində ləngimə baş verib.  

"Report"un hadisə yerində olan müxbirinin sözlərinə görə, bu gün saat 08:00-dan Sumqayıt-sərnişin stansiyasından Bakıya doğru hərəkət edən elektrik qatarı dəmir yolunun mərkəzi "Bazarstore"un yaxınlığındakı (H.Əliyev və Babək prospektlərinin kəsişməsindəki körpüdə) hissəsində qəfildən dayanıb. Bakı-sərnişin stansiyasının vağzalına saat 08:42-də çatmalı olan qatar təqribən 30 dəqiqə gözləməli olub.

Hadisə ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi "Report"a bildirib ki, Balakən-Bakı istiqamətində hərəkət edən qatarın təmas xəttində problem yaranıb: "Balakəndən Bakıya gələn qatarın təmas xəttindəki problemlə əlaqədar Sumqayıt qatarının qəbulunda çətinlik yaranıb. Bu qatarın dayandığı hissədə ikinci qatarı qəbul etmək mümkün olmadığı üçün Sumqayıt-Bakı qatarı ləngiməli olub. Artıq Sumqayıtdan gələn qatarları qəbul etmişik. Hərəkət bərpa olunub", - deyə N.Əzməmmədov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi