Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Sabunçu rayonunun bir hissəsinə suyun verilişində fasilə olacaq.
Bunu "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, fasilə magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.