Bu gün ölkənin bir sıra yerlərində su kəsiləcək

Bu gün ölkənin bir sıra yerlərində su kəsiləcək Kür çayında bulanıqlığın artması ilə əlaqədar Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İnfrastruktur
25 Avqust , 2020 10:28
Bu gün ölkənin bir sıra yerlərində su kəsiləcək
0 : 00
0 : 00

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Son xəbərlər

Orphus sistemi