"Azərbaycan Dəmir Yolları" üçün əlamətdar gün!

"Azərbaycan Dəmir Yolları" üçün əlamətdar gün! 1926-cı ilin bu günü Bakı-Sabunçu-Suraxanı elektrikləşdirilmiş dəmir yolu xətti istifadəyə verilib
İnfrastruktur
368
6 İyul , 2020 13:03
Azərbaycan Dəmir Yolları üçün əlamətdar gün!

Bu gün Bakı-Sabunçu-Suraxanı elektrikləşdirilmiş dəmir yolu xəttinin istifadəyə verilməsindən 94 il ötür. 

“Report” xatırladır ki, 1926-cı ildə işə düşmüş bu xətt nəinki Azərbaycanda, bütün SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti olub.

Həmin xətlə hərəkət edən qatarların ilk sərnişinləri isə o zamanlar Abşeronun məşhur neft rayonlarında çalışan işçilər olub.