​Bu gün Bayılda su olmayacaq

​Bu gün Bayılda su olmayacaq "Azərsu": Magistral su xəttində qəza baş verib
İnfrastruktur
15 Dekabr , 2014 10:47
​Bu gün Bayılda su olmayacaq
Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonu Neftçilər prospektindən keçən 500 mm-lik magistral su xəttində qəza baş verib. Bu barədə "Report"a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Baş vermiş qəza ilə əlaqədar 15 dekabr 2014-cü il tarixində gün ərzində Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi