Bu gün Bakıda içməli su problemi olacaq

Bu gün Bakıda içməli su problemi olacaq Gün ərzində Bülbülə, Əmircan və Bakıxanov qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
İnfrastruktur
13 may 2016 09:13
Bu gün Bakıda içməli su problemi olacaq

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Bakı şəhərində içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Azərsu”nun mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, yeni tikilən +54 “Ramana” su anbarına birləşmənin verilməsi ilə əlaqədar saat 15:00-dan etibarən gün ərzində Bülbülə, Əmircan və Bakıxanov qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi