​Heydər Əliyev prospekti bu gün açılacaq

​Heydər Əliyev prospekti bu gün açılacaq Prospektin köməkçi yolu isə bu gecə bağlanacaq
İnfrastruktur
20 Aprel , 2015 12:47
​Heydər Əliyev prospekti bu gün açılacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı şəhəri Heydər Əliyev prospektinin əsas yolunda aparılan təmir işləri yekunlaşdığı üçün bu axşam nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

"Report"un xəbərinə görə, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Eyni zamanda, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospektinin köməkçi yolunun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti, əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi