Bu gün Bakıda daha bir yol bağlanır

Bu gün Bakıda daha bir yol bağlanır Saat 22:00-dan etibarən Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur
126
21 May , 2015 14:43
Bu gün Bakıda daha bir yol bağlanır

Bakı. 21 may. REPORT.AZ/ Bu gecə Bakı şəhərinin Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə "Report"a Nəqliyyat NazirliyiAzəryolservis” ASC-dən məlumat verilib.

Göstərilən ərazidə məhdudlaşdırma Bakıda nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətləri, piyada keçidləri və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən tətbiq edilir. Tərtib olunmuş qrafikə əsasən, Ağa Nemətulla küşəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq və səhər saatlarınadək davam edəcək.

“Azəryolservis” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi