Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq

Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq Yolda cizgi və yolgöstərici xətləri yenidən rənglənəcək
İnfrastruktur
6 Aprel , 2017 10:03
Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq
Azeravtoyol.gov.az

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakı Dairəvi-1 avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

"Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi