BTQ dəmiryolu xətti üzrə sərnişin qatarların hərəkət qrafiki və qiymətlər mayın sonuna müəyyənləşəcək

BTQ dəmiryolu xətti üzrə sərnişin qatarların hərəkət qrafiki və qiymətlər mayın sonuna müəyyənləşəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttində sərnişin daşımada qatarların həftəlik hərəkət günləri və saatları, biletlərin qiymətləri bu ilin mayın sonunda müəyyənləşəcək.
İnfrastruktur
2 May , 2019 13:52
BTQ dəmiryolu xətti üzrə sərnişin qatarların hərəkət qrafiki və qiymətlər mayın sonuna müəyyənləşəcək

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində sərnişin daşımada qatarların həftəlik hərəkət günləri və saatları, biletlərin qiymətləri bu ilin mayın sonunda müəyyənləşəcək.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

Onun sözlərinə görə, BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Stadler” şirkətindən təmin etdiyi 10 ədəd vaqonla sərnişin daşınmasına başlanılacaq.

Nazir vurğulayıb ki, sözügedən vaqonların sərnişin tutumu 257 nəfərdir və qatarda 9 sərnişin vaqonu, bir restoran mövcuddur: “Qatarın iş prinsipi və proqramının hazırlanması üçün tərəflər mayın 24-25-də Ankarada toplaşacaq. Görüşün yekununda qatarın həftəlik hərəkət günləri və saatları, biletlərin qiymətləri və sair məsələlərin müzakirə edilərək müvafiq qərarların qəbul olunması gözlənilir”.

“Nazirliyə bununla bağlı daxil olan müraciətlərdən sərnişin sıxlığının çox olacağını proqnozlaşdırırıq. Bu dəmir yolu ilə hərəkət edəcək qatarlar “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dar və geniş izdə hərəkət edən vaqonlardan ibarət olacaq. İzlərin fərqli olması isə Türkiyəyə məxsus vaqonların hərəkətinə çətinlik yaradır”,- deyə Mehmet Cahit Turhan bildirib. 

Xatırladaq ki, Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il sonra 2015-ci il 2016, və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib. 

27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi. Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi