BTQ üçün sərnişin qatarları gələn il fevralın sonu, martın əvvəlində təhvil veriləcək

BTQ üçün sərnişin qatarları gələn il fevralın sonu, martın əvvəlində təhvil veriləcək Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı-Tbilisi-Qars üçün gələn il fevralın sonu martın əvvəlində sərnişin qatarları təhvil veriləcək.
İnfrastruktur
29 Dekabr , 2018 11:50
BTQ üçün sərnişin qatarları gələn il fevralın sonu, martın əvvəlində təhvil veriləcək

Bakı. 29 dekabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars üçün gələn il fevralın sonu martın əvvəlində sərnişin qatarları təhvil veriləcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, gələn il Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı istifadəyə veriləcək:"Biz vaqonları sifariş etmişik, İsveçrənin " Stadler " zavodu isə istehsal edib. Vaqonların hazırlanması gecikir. Ona görə biz Bakı-Tbilisi-Qars sərnişin qatarını istifadəyə verə bilmirik. Fevralın sonu martda qatarlar təhvil veriləcək. Verilən kimi Bakı-Tbilisi-Qars sərnişin qatarı işə salınacaq".

Son xəbərlər

Orphus sistemi