BTQ ilə 15 mininci konteyner daşınıb

BTQ ilə 15 mininci konteyner daşınıb Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb.
İnfrastruktur
14 Dekabr , 2020 10:54
BTQ ilə 15 mininci konteyner daşınıb

Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi - "ADY Konteyner" MMC-dən bildirilib.

Məlumata görə, həmin konteyner Türkmənistan – Türkiyə marşrutu ilə hərəkət edən qatarın tərkibində olub.

40 futluq konteyner Türkmənbaşı limanından operatoru “ADY Konteyner” olan “Silver Star” fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb, daha sonra ölkəmizin ərazisindən keçərək Gürcüstanın Axalkalaki stansiyasına, oradan isə Türkiyəyə yola salınıb. Onunla Türkiyəyə polipropilen daşınıb. Daşımanı “ADY Konteyner” həyata keçirib.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. İndiyə qədər bu dəmir yolu ilə ümumilikdə 21 260 TEU konteyner daşınıb. Bu ilin əvvəlindən isə bu rəqəm 10 779 TEU olub.

Son xəbərlər

Orphus sistemi