“British Airways” 800 pilotu işdən çıxaracaq

“British Airways” 800 pilotu işdən çıxaracaq Böyük Britaniyanın milli aviadaşıyıcısı - British Airways şirkəti koronavirus (COVID-19) pandemiyasının vurduğu zərbələr fonunda 800 pilotu işdən çıxarmağı planlaşdırır.
İnfrastruktur
28 Aprel , 2020 14:12
“British Airways” 800 pilotu işdən çıxaracaq
0 : 00
0 : 00

Böyük Britaniyanın milli aviadaşıyıcısı - "British Airways" şirkəti koronavirus (COVID-19) pandemiyasının vurduğu zərbələr fonunda 800 pilotu işdən çıxarmağı planlaşdırır.

"Report" bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. 

Hazırda aviaşirkətdə 4 500 pilot çalışır.  

Xatırladaq ki, "British Airways" bu ayın əvvəllərində 30 mindən çox kabin və yer heyəti ilə müqaviləyə xitam verəcəyini açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi