Britaniyanın XİN rəhbəri Tbilisidə “Cənub Qafqaz qaz boru kəmərinin tikintisi ilə tanış olub

Britaniyanın XİN rəhbəri Tbilisidə “Cənub Qafqaz qaz boru kəmərinin tikintisi ilə tanış olub Britaniyalı qonağa kəmərin ötürmə gücünün artırılması barədə məlumat verilib
İnfrastruktur
31 Mart , 2016 21:55
Britaniyanın XİN rəhbəri Tbilisidə “Cənub Qafqaz qaz boru kəmərinin tikintisi ilə tanış olub

Tbilisi. 31 mart. REPORT.AZ/ Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və bu ölkədə səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond birlikdə Rustavi rayonu ərazisində Cənub Qafqaz qaz boru kəmərinin genişləndirilməsi işləri ilə tanış olublar.

Gürcüstanın Energetika Nazirliyindən "Report"a bildiriblər ki, “British Petroleum”un “Şahdəniz” layihəsinin 2-ci fazası çərçivəsində kəmərin ötürmə gücünün artırılması barədə britaniyalı qonağa məlumat verilib.

“Şahdəniz- 2” layihəsi vasitəsilə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazının Avropaya çatdırılacağı vurğulanıb.

Qeyd olunub ki, layihənin Gürcüstan hissəsinə 2 milyard ABŞ dolları investisiya yatırılıb. Layihə işə düşdükdən sonra Gürcüstana nəql olunan təbii qazın da qiymətinin enəcəyi gözlənilir. “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Xəzərdən çıxarılan təbii qaz Azərbaycan- Gürcüstan-Türkiyə sərhədinə, oradan isə TANAP vasitəsilə Avropaya ötürüləcək.

Son xəbərlər

Orphus sistemi