​Bölgələrdə əlil və şəhid ailələri üçün 353 fərdi ev inşa olunur

​Bölgələrdə əlil və şəhid ailələri üçün 353 fərdi ev inşa olunur Evlər cari ilin iyul ayında istifadəyə veriləcək
İnfrastruktur
25 Aprel , 2015 22:20
​Bölgələrdə əlil və şəhid ailələri üçün 353 fərdi ev inşa olunur

Bakı. 25 aprel. REPORT.AZ/ Respublikanın bölgələrində əlillər və şəhid ailələri ücün 353 ədəd fərdi yaşayış evi tikilir.

“Report” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, respublikanın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 ədəd fərdi ev inşa olunur və cari ilin iyul ayında onların istifadəyə verilməsi nəzərdə tutulur.

Həmin evlərdə normal yaşayış üçün hər bir şəraitin yaradılacağını nəzərə çatdıran S.Müslümov eyni zamanda yaxın vaxtlarda 4 rayonda bu təbəqələrdən olanlar üçün yeni fərdi evlərin inşasına başlanacağını diqqətə çatdırıb.

Nazir digər bölgələr kimi, Bərdə, Ağdam və Ağcabədi rayonlarında da əlil və şəhid ailələrinin mənzil ilə təminatı sahəsində məqsədyönlü işlərin görüldüyünü bildirib:

“Ötən il Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli, Bərdə rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Hazırda Bərdə rayonunda 5 ədəd, Ağcabədi rayonunda 14 ədəd, Ağdam rayonunda isə 10 ədəd fərdi evin inşası yekunlaşmaq üzrədir və yaxın vaxtlarda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək”.

Son xəbərlər

Orphus sistemi