ABŞ-ın “Boeing” aerokosmik korporasiyasının keçmiş rəhbəri Dennis Melenberq şirkətin istehsal həcmində ciddi artıma nail ola bilib, lakin bu, istehsal keyfiyyətinin aşağı düşməsinə səbəb olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu fikri 2019-cu ilin dekabrında “Boeing”in yeni baş direktoru olan Devid Kelhun “The New York Times” qəzetinə müsahibədəsində bildirib.
Nəşrdə Kelhunun Melenberqi tədarük zəncirinin istehsal həcminin artırılmasına hazır olmadığı dövrdə istehsal artımını təmin etdiyinə görə tənqid etdiyi göstərilib. Qeyd olunub ki, “Boeing”in səhm kursu rekord səviyyəyə çatıb, lakin keyfiyyətə ziyan dəyib.
Kelhun şirkətə rəhbərlik etməyə başladıqdan sonra göründündən də çox problem olduğunu anlayıb. “Düzünü desəm, şirkətdə gözlədiyimdən daha çox problem var idi. Bu, rəhbərliyimizin zəifliyini göstərir”, - o deyib.
Baş direktor ABŞ tənzimləyicilərinin bu yay “Boeing 737 MAX” təyyarələrini sertifikatlaşdıra biləcəyini qeyd edib. “Federal Aviasiya Administrasiyasının etimadını bərpa etmək insanların düşündüyü qədər çətin olmaya bilər”, - Kelhun söyləyib.