“Boeing 737 Max”ların istifadəsinə dərkənar verildi

“Boeing 737 Max”ların istifadəsinə dərkənar verildi Avropa Hava Nəqliyyatı Təhlükəsizliyi Agentliyi (EASA) “Boeing 737 Max” təyyarəsinin cari ilin sonunadək istifadəyə qaytarılmasına razılıq verib
İnfrastruktur
16 Oktyabr , 2020 17:37
“Boeing 737 Max”ların istifadəsinə dərkənar verildi

Avropa Hava Nəqliyyatı Təhlükəsizliyi Agentliyi (EASA) “Boeing 737 Max” təyyarəsinin lazımi təhlükəsizlik normalara uyğun gəldiyi üçün cari ilin sonunadək istifadəyə qaytarılmasına razılıq verib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə bildirən EASA-nın icraçı direktoru Patrik Kay (Patrick Ky) həmçinin təyyarənin “hətta daha yüksək təhlükəsizlik səviyyəsinə” çatması üçün üçüncü sensorun əlavəsinə dair istehsalçı şirkətlə müzakirə apardıqlarını da qeyd edib.

Hərçənd EASA-nın razılığı “737 Max”ları kommersiyalı uçuşlarda işlətməyə qəbulu üçün kifayət etmir. Bunun üçün uçuşa yararlılıq direktivi (AD) hazırlanmalıdır. Bunun ilkin variantını noyabr ayında ortaya çıxarmaq nəzərdə tutulur. Sonra isə 4 həftəlik ictimai müzakirələr aparılacaq, təkliflər veriləcək.

“737 Max”larda “süni hava məlumatlar sistemi” (SADS) adlı əlavə təhükəsizlik sistemilə təchiz olunacaq. EASA rəhbəri bu istiqamətdəki işlərin 20-24 ay vaxt aparacağını, adıçəkilən sistemin həm də 2022-ci ildə kommersiyalı uçuşlara başlayacaq geniş gövdəli “Boeing 737 Max 10”larda da quraşdırılacağını diqqətə çatdırıb. Belə ki, “787 Dreamliner”də də quraşdırılan adıçəkilən sistem GPS, yüksəklik, küləyin gücü kimi məlumatlara əsasən təyyarənin sürətini tənzimləyir. Bu sistemin digərləri sıradan çıxarsa, pilotların çalışmasını asanlaşdıracağı bildirilir.

Xatırladaq ki, 2018-ci ilin oktyabrın 29-da İndoneziyada baş verən və 189 nəfərin ölümünə, 2019-cu ilin martın 10-da isə Efiopiyada baş verən və 157 nəfərin ölümünə səbəb olan qəzalardan sonra “Boeing” şirkəti hər iki halda təyyarədə MCAS (manevr qabiliyyətini böyütmə sistemi) sistemində nasazlıq yarandığını açıqlayıb. Bundan sonra bir çox ölkələr “737 Max” təyyarələrinin istismarını dayandırdı. İstehsalçı şirkət MCAS-ı təkmilləşdirmə işləri gördükdən sonra bu ilin yayında uçuş sınaqları həyata keçirildi.

Son xəbərlər

Orphus sistemi