“Boeing” 1 milyon dollardan çox cərimə ödəyə bilər

“Boeing” 1 milyon dollardan çox cərimə ödəyə bilər ABŞ-ın Federal Aviasiya Administrasiyası ölkənin aparıcı təyyarə istehsalçısı “Boeing” şirkətinin Cənubi Karolinadakı zavodunda baş vermiş qanun pozuntularına görə 1,25 milyon ABŞ dolları məbləğində cərimələnməsini təklif edib
İnfrastruktur
605
6 Avqust , 2020 10:50
“Boeing” 1 milyon dollardan çox cərimə ödəyə bilər

ABŞ-ın Federal Aviasiya Administrasiyası ölkənin aparıcı təyyarə istehsalçısı “Boeing” şirkətinin Cənubi Karolinadakı zavodunda baş vermiş qanun pozuntularına görə 1,25 milyon ABŞ dolları məbləğində cərimələnməsini təklif edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, “Boeing”in menecerləri zavodda vəzifələrini icra edən Administrasiya əməkdaşlarının işinə müdaxilə ediblər. Onların İndoneziyada və Efiopiyada qəzaya uğramış "Boeing 737 MAX" markalı təyyarələrin istehsalı ilə bağlı araşdırma apardığı bildirilir. 

Xatırladaq ki, həmin qəzalar nəticəsində 346 nəfər həyatını itirib. Bundan sonra qəzaya səbəb olmuş təyyarələrin istismarı dayandırılıb. 

Orphus sistemi