BNA: Yollardakı sıxlıq marşrut avtobuslarının intervalına mənfi təsir edir

BNA: Yollardakı sıxlıq marşrut avtobuslarının intervalına mənfi təsir edir Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur
İnfrastruktur
12 Noyabr , 2020 19:02
BNA: Yollardakı sıxlıq marşrut avtobuslarının intervalına mənfi təsir edir

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, 14 müxtəlif istiqamətdə sıxlıq mövcuddur: "Onlar Bakı-Sumqayıt şosesi-20 Yanvar dairəsi, K.Rəhimov küçəsi-hər iki istiqamət, Z.Əliyeva küçəsi, Y.Səfərov küçəsi-H.Əliyev prospekti istiqaməti, Ü.Hacıbəyov küçəsi, H.Əliyev prospekti əsas yol "Koroğlu" m/st-sı istiqaməti, M.Hadi küçəsi "Əhmədli" m/st-sı istiqaməti, Z.Bünyadov prospekti hər iki istiqamət, A.Salamzadə küçəsi hər iki istiqamət, R.Behbudov küçəsi, Tbilisi prospekti hər iki istiqamət, Binəqədi şossesi-Binəqədi istiqaməti və Azneft dairəsidir.

Məlumat üçün qeyd edim ki, yollarda sıxlıq müxtəlif istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir".

Son xəbərlər

Orphus sistemi