Oktyabr ayında Bakı Nəqliyyat Agentliyinə (BNA) məktub halında 2 046 vətəndaş müraciəti daxil olub.
Bu barədə "Report"a qurumdan bildirilib.
Ümumi vətəndaş müraciətlərinin cavablandırılması son 10 ayda 90 % -ə çatıb.
"Ötən ay “ALO141” Çağrı Mərkəzi vasitəsilə 7 988 müraciət cavablandırılıb. Sosial şəbəkələr üzərindən də daxil olan vətəndaş müraciətləri də diqqətdə saxlanılıb. Agentliyin rəsmi sosial şəbəkə hesablarından daxil olan 873 vətəndaş müraciəti təmin edilib. Müraciəti təmin edilən 100 nəfərdən artıq vətəndaş Agentliyə məmnunluğunu bildirib", - BNA-dan bildirilib.