BNA: "Son 6 ay ərzində 50-yə yaxın marşrut xətti müsabiqəyə çıxarılıb"

BNA: "Son 6 ay ərzində 50-yə yaxın marşrut xətti müsabiqəyə çıxarılıb" Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) son 6 ay ərzində 50-yə yaxın marşrut xəttini müsabiqəyə çıxarıb.
İnfrastruktur
16 mart 2023 07:25
BNA: Son 6 ay ərzində 50-yə yaxın marşrut xətti müsabiqəyə çıxarılıb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) son 6 ay ərzində 50-yə yaxın marşrut xəttini müsabiqəyə çıxarıb.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, onların da əksəriyyəti ətraf kənd və qəsəbələri şəhərin əsas cəlbetmə məntəqələri ilə əlaqələndirir.

Qısa vaxtda Nardaran, Lökbatan, Xocəsən, Zığ, Həzi Aslanov, Zabrat və Ramana istiqamətində 6 müntəzəm marşrut xətti ( E1, 44, 57, 130, 163 və 189) yenilənib. Nəticədə bu xətlər üzrə on minlərlə sərnişin müasir və yüksək keyfiyyətli xidmətlə təmin edilib. Davamlı xarakter daşıyan proses nağdsız ödənişin əhatə dairəsinin genişləndirilməsi ilə paralel aparılır.

Son xəbərlər

Orphus sistemi