BNA qanunsuz sərnişindaşıma ilə məşğul olan ölkə vətəndaşından aidiyyəti üzrə şikayət edib

BNA qanunsuz sərnişindaşıma ilə məşğul olan ölkə vətəndaşından aidiyyəti üzrə şikayət edib Sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmadığını və qanunsuz sərnişin daşıdığını etiraf edib
İnfrastruktur
6 İyul , 2017 17:04
BNA qanunsuz sərnişindaşıma ilə məşğul olan ölkə vətəndaşından aidiyyəti üzrə şikayət edib

Bakı. 6 iyul. REPORT.AZ/ Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda sərnişinlərdən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən “Azadlıq” metrostansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) daxil olan şikayətlər əsasənda araşdırma aparılıb. 

Bu barədə “Report”a BNA-dan məlumat verilib.

Məlumata görə, nüəyyən edilib ki, Elzamin İsmayılzadə adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 10 ME 228 olan “Mersedes” markalı sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma faəliyyəti göstərir. Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir.

Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmadığını və qanunsuz sərnişin daşıdığını etiraf edib. BNA həmin sürücü barədə qanunamüvafiq tədbir görülməsi üçün zəruri məlumatları aidiyyəti dövlət qurumlarına göndərib.

"Məlumat üçün bildiririk ki, görülən bütün zəruri tədbirlərə baxmayaraq, hələ də bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan miktoavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur. Bu kimi mikroavtobuslar sərnişinlərin həyatı üçün ciddi təhlükə mənbəyidir. Məhz mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri olduqca ağır nəticələrə səbəb olub. Qeyd edilənləri nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi